Azərbaycanda elektrik, qaz və buxar istehsalının dəyəri 671,6 milyon manat olub

Azərbaycanda elektrik, qaz və buxar istehsalının dəyəri 671,6 milyon manat olub

BİZNES
351

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda istilik elektrik stansiyalarında (İES) 3,708 milyard kVt-saat elektrik enerjisi istehsal edilib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 265,3 milyon kVt-saat və ya 6,7% azalma deməkdir.

Hesabat dövründə su elektrik stansiyalarında (SES) istehsal edilən elektrik enerjisi isə 276,8 milyon kVt-saat təşkil edib. Bu göstərici ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 131,1 milyon kVt-saat və ya 32,1% azalma göstərir.

Ümumilikdə, 2026-cı ilin ilk iki ayında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal və xidmətlərin dəyəri 671,6 milyon manat, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində isə 93,4 milyon manat olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda elektrik, qaz və buxar istehsalının dəyəri 671,6 milyon manat olub — Fins.az — Fins.az