Azərbaycanda elektrik enerjisinin 36,5%-i bərpa olunan mənbələrdən istehsal edilib

Azərbaycanda elektrik enerjisinin 36,5%-i bərpa olunan mənbələrdən istehsal edilib

BİZNES
314

Aprelin 20-də Azərbaycanda istehsal olunan elektrik enerjisinin 36,5 faizi bərpa olunan enerji mənbələrinin payına düşüb.

Fins.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, həmin gün ölkədə ümumilikdə 64,4 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub və bunun 23,5 milyon kilovat-saatı bərpa olunan mənbələr hesabına təmin edilib.

Məlumata əsasən, istehsal olunan elektrik enerjisinin 15,9 milyon kilovat-saatı su elektrik stansiyalarında, 7,6 milyon kilovat-saatı isə günəş və külək elektrik stansiyalarında istehsal edilib. Külək və günəş enerjisi birlikdə ümumi istehsalın 12 faizini təşkil edib.

Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2026-cı ilin ilk rübündə Azərbaycanda ümumilikdə 6 milyard 991 milyon kVt·st elektrik enerjisi istehsal olunub.

Bu dövrdə istilik elektrik stansiyalarında 6 milyard 66 milyon kVt·st, su elektrik stansiyalarında 510,5 milyon kVt·st, digər mənbələr üzrə isə 414,5 milyon kVt·st elektrik enerjisi istehsal edilib. Digər mənbələr sırasında külək elektrik stansiyalarında 247,7 milyon kVt·st, günəş elektrik stansiyalarında 91,3 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 75,5 milyon kVt·st istehsal qeydə alınıb.

Məlumata görə, yanvar–mart aylarında külək elektrik stansiyalarında istehsal 238,2 milyon kVt·st artıb, ümumilikdə isə bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 925 milyon kVt·st təşkil edib.

Rüb ərzində “Azərenerji” ASC üzrə 6 milyard 76,8 milyon kVt·st, “Azərişıq” ASC üzrə 7,9 milyon kVt·st külək enerjisi, müstəqil elektrik stansiyaları üzrə isə 906,3 milyon kVt·st elektrik enerjisi istehsal olunub.

Hesabat dövründə elektrik enerjisinin ixracı 142,4 milyon kVt·st, idxalı isə 35,0 milyon kVt·st təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda elektrik enerjisinin 36,5%-i bərpa olunan mənbələrdən istehsal edilib — Fins.az — Fins.az