Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 22,2% azalıb

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 22,2% azalıb

BİZNES
744

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlər bu ilin yanvar-iyul aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 22,2% azalaraq 3843,5 mln. manat təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 2903,6 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,5%-ni təşkil edib.   

Cari ilin yanvar-iyul aylarında hər bir ölkə sakini orta hesabla 385,8 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 109,2 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

(c)APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 22,2% azalıb — Fins.az — Fins.az