Azərbaycanda əhali tibbi məhsullara 112 mln. manat vəsait xərcləyib

Azərbaycanda əhali tibbi məhsullara 112 mln. manat vəsait xərcləyib

BİZNES
995

2023-cü ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində əczaçılıq məhsulları və tibbi ləvazimatlara 512 milyon manat vəsait xərclənib.

Fins.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% və ya 66.7 milyon manat azdır.

Qeyd edək ki, cari ilin may ayında pərakəndə ticarət məntəqələrində əczaçılıq məhsulları və tibbi ləvazimatlara xərclənən vəsaitin həcmi isə 112.5 milyon manata bərabər olub.

Xatırladaq ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2.5%-i əczaçılıq məhsulları və tibbi ləvazimatlara alınmasına sərf olunub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda əhali tibbi məhsullara 112 mln. manat vəsait xərcləyib — Fins.az — Fins.az