Azərbaycanda e-ticarətin həcmi fevralda kəskin artıb

Azərbaycanda e-ticarətin həcmi fevralda kəskin artıb

BİZNES
647

Bu ilin fevral ayı ərzində Azərbaycanda 276 mln. manat həcmində elektron ticarət əməliyyatı həyata keçirilib.

Fins.az-ın Azərbaycan Mərkəzi Bankınastinadən verdiyi xəbərə görə, ölkə daxilində elektron ticarət əməliyyatların həcmi yanvar ayı ilə müqayisədə 6,6% artıb. 2019-cu ilin fevral ayı ilə müqayisədə isə elektron ticarətin həcmində 56,8% artım qeydə alınıb.

Hesabata əsasən, fevral ayı ərzində həyata keçirilən elektron ticarət əməliyyatlarının 241 mln. manatı debet kartları, 35 mln. manatı isə kredit kartları ilə həyata keçirilib.

Qeyd edək ki, ümumilikdə yanvar-fevral ayları ərzində ölkə daxilində elektron ticarətin həcmi 535 mln. manat təşkil edib. Bu göstərici də ötən ilin eyni dövrü ilə müqayisədə 56,4% artım deməkdir.

(C)APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda e-ticarətin həcmi fevralda kəskin artıb — Fins.az — Fins.az