
Azərbaycanda e-imza sertifikatının onlayn sifarişi mümkün oldu-QAYDA
Nazirlər Kabineti yanında operativ qərargahın xüsusi rejimdə iş üzrə təlimatına əsasən koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkili məqsədilə elektron imza (e-imza) sertifikatının sifarişi onlayn şəkildə təşkil olunub.
Milli Sertifikat Xidmətləri Mərkəzindən bildirilib ki, elektron imza sertifikatlarını //e-imza.az saytındakı mövcud olan "Elektron müraciət" bölməsindən sifariş etmək olar.
Sifarişçi onlayn qaydada sifariş etdiyi e-imza sertifikatını, ərizəsində göstərilən yaşadığı yerə yaxın olan, "Azərpoçt"un poçt filiallarındakı qeydiyyat mərkəzlərindən əldə edə bilər.
(c)APA