Azərbaycanda dövlət qurumlarının kibertəhlükələrə dayanıqlığı artıb

Azərbaycanda dövlət qurumlarının kibertəhlükələrə dayanıqlığı artıb

BİZNES
532

Bu ilin iyul ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı iyun ayı ilə müqayisədə 6,1% azalaraq 292 ədəd təşkil edib. Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən  verilən məlumata görə, iyul ayı ərzində mərkəzə daxil olan sorğulardan 98,3%-nə baxılıb və təmin edilib.

Mərkəzdən verilən məlumata əsasən, iyul ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 2 domen və 11 subdomen qeydiyyatdan keçib.

Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 7 hesabat təqdim edilib.

Ümumilikdə, cari ilin yanvar-iyul aylarının nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 2582 ədəd təşkil edib. Qeyd olunan dövr ərzində ümumi sorğuların 97,1%-i baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 121 hesabat təqdim edilib. Yanvar-iyul ayları ərzində Azərbaycanın internet seqmentində 29 domen və 84 subdomen qeydiyyata alınıb.

(c)APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda dövlət qurumlarının kibertəhlükələrə dayanıqlığı artıb — Fins.az — Fins.az