Azərbaycanda dəniz nəqliyyatı ilə idxal və ixrac göstəriciləri açıqlanıb

Azərbaycanda dəniz nəqliyyatı ilə idxal və ixrac göstəriciləri açıqlanıb

BİZNES
196

Fins.az – 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda dəniz nəqliyyatı vasitələri ilə 1,004 milyard ABŞ dolları dəyərində 441,7 min ton yük daşınıb.

Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilib.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə dəniz nəqliyyatı ilə daşınan yüklərin dəyəri 208,5 milyon ABŞ dolları və ya 17,2%, həcmi isə 857,7 min ton və ya 2,9 dəfə azalıb.

Hesabat dövründə Azərbaycandan dəniz nəqliyyatı vasitəsilə 42,582 milyon ABŞ dolları dəyərində təqribən 66 min ton yük ixrac edilib.

Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 8,6 milyon ABŞ dolları və ya 16,8%, həcm ifadəsində isə 27 min ton və ya 29,1% azdır.

2026-cı ilin ilk yarısında Azərbaycana dəniz nəqliyyatı ilə 961,7 milyon ABŞ dolları dəyərində 375,7 min ton yük idxal olunub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 200 milyon ABŞ dolları və ya 17,2%, həcm ifadəsində isə 830,7 min ton və ya 3,2 dəfə azalma deməkdir.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda bütün nəqliyyat vasitələri ilə ümumilikdə 24,661 milyard ABŞ dolları dəyərində 26,450 milyon ton yük daşınıb.

Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 261 milyon ABŞ dolları və ya 1,1% artsa da, həcm baxımından 2,8 milyon ton və ya 9,6% azalıb.

Hesabat dövründə Azərbaycandan müxtəlif nəqliyyat vasitələri ilə ümumilikdə 16,320 milyard ABŞ dolları dəyərində 22,033 milyon ton yük ixrac edilib.

İxracın dəyəri illik müqayisədə 3,4 milyard ABŞ dolları və ya 26,7% artıb, həcmi isə 1,9 milyon ton və ya 7,8% azalıb.

Eyni zamanda, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycana bütün nəqliyyat vasitələri ilə 8,341 milyard ABŞ dolları dəyərində 4,416 milyon ton yük idxal olunub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,2 milyard ABŞ dolları və ya 27,6%, həcm baxımından isə 941 min ton və ya 17,6% azalıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda dəniz nəqliyyatı ilə idxal və ixrac göstəriciləri açıqlanıb — Fins.az