Azərbaycanda dəmir yolu ilə yükdaşımaların dəyəri 1,745 milyard dolları ötüb

Azərbaycanda dəmir yolu ilə yükdaşımaların dəyəri 1,745 milyard dolları ötüb

BİZNES
128

Fins.az – 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı vasitəsilə 1,745 milyard ABŞ dolları dəyərində 3,538 milyon ton yük daşınıb.

Dövlət Gömrük Komitəsi məlumatına əsasən, göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 232,2 milyon ABŞ dolları və ya 15,3 % artıb, həcm ifadəsində isə 9,136 min ton və ya 0,3 % azalıb.

Hesabat dövründə Azərbaycandan dəmir yolu nəqliyyatı ilə 634 milyon ABŞ dolları dəyərində təqribən 1,343 milyon ton yük ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 219,7 milyon ABŞ dolları və ya 53 %, həcm ifadəsində isə 5,6 min ton və ya 0,4 % artım deməkdir.

Eyni zamanda, cari ilin yanvar-iyun aylarında Azərbaycana dəmir yolu nəqliyyatı ilə 1,111 milyard ABŞ dolları dəyərində 2,195 milyon ton yük idxal olunub. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 12,5 milyon ABŞ dolları və ya 1,1 % artsa da, həcm ifadəsində 14,8 min ton və ya 0,7 % azalıb.

Qeyd edək ki, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda bütün nəqliyyat vasitələri ilə ümumilikdə 24,661 milyard ABŞ dolları dəyərində 26,450 milyon ton yük daşınıb. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 261 milyon ABŞ dolları və ya 1,1 % çox, həcm baxımından isə 2,8 milyon ton və ya 9,6 % azdır.

Hesabat dövründə bütün nəqliyyat vasitələri üzrə Azərbaycandan ümumilikdə 16,320 milyard ABŞ dolları dəyərində 22,033 milyon ton yük ixrac edilib. Bu, illik müqayisədə dəyər ifadəsində 3,4 milyard ABŞ dolları və ya 26,7 % artım, həcm ifadəsində isə 1,9 milyon ton və ya 7,8 % azalma deməkdir.

Bununla yanaşı, 2026-cı ilin ilk altı ayında bütün nəqliyyat vasitələri üzrə Azərbaycana 8,341 milyard ABŞ dolları dəyərində 4,416 milyon ton yük idxal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,2 milyard ABŞ dolları və ya 27,6 %, həcm baxımından isə 941 min ton və ya 17,6 % azalıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda dəmir yolu ilə yükdaşımaların dəyəri 1,745 milyard dolları ötüb — Fins.az