Azərbaycanda dəmir yolu ilə qida məhsulları daşınması artıb

Azərbaycanda dəmir yolu ilə qida məhsulları daşınması artıb

BİZNES
455

ADY bu ilin mart ayında 157 min tona yaxın qida sənayesi məhsulları daşıyıb ki, bu da keçən ilin müvafiq dövründən 51% çoxdur.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC (ADY) məlumat yayıb.

Məlumata görə, analoji məhsulların 2026-cı ilin birinci rübü üzrə daşınması 325 min tona yaxın təşkil edib və ötən ilin eyni dövrünü 9% üstələyib.

Qeyd edək ki, qida sənayesi məhsullarının tranzit daşımaları da bu ilin birinci rübündə 21% (139,7 min ton), mart ayında isə 64% (67,3 min ton) artıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda dəmir yolu ilə qida məhsulları daşınması artıb — Fins.az — Fins.az