Azərbaycanda dəmir yolu nəqliyyatından 400,7 milyon manat gəlir əldə edilib

Azərbaycanda dəmir yolu nəqliyyatından 400,7 milyon manat gəlir əldə edilib

BİZNES
378

2025-ci ildə Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yük və sərnişin daşınmasından ümumilikdə 400,7 milyon manat gəlir əldə edilib.

Fins.az bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 8% azalma deməkdir.

Hesabat dövründə dəmir yolu ilə yük daşımalarından əldə olunan gəlirlər 384 milyon manat təşkil edib və bu, illik müqayisədə 9,4% azalma ilə müşahidə olunub.

Eyni zamanda sərnişin daşımalarından əldə olunan gəlir 16,7 milyon manat olub ki, bu da 2024-cü illə müqayisədə 42,6% artım deməkdir.

2025-ci ildə Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 16,813 milyon ton yük daşınıb və bu, 9,4% azalma deməkdir. Sərnişin daşımaları isə 10,267 milyon nəfər təşkil edib və 20,4% artım qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda dəmir yolu nəqliyyatından 400,7 milyon manat gəlir əldə edilib — Fins.az — Fins.az