Azərbaycanda daşınmaz əmlak alışı üzrə 3,376 mln. manat ƏDV geri ödənilib

Azərbaycanda daşınmaz əmlak alışı üzrə 3,376 mln. manat ƏDV geri ödənilib

BİZNES
245

2026-cı ilin yanvar ayında yaşayış və qeyri-yaşayış sahələrinin alışı üzrə ödənilmiş ƏDV-nin 3,4 milyon manata yaxını vətəndaşlara geri qaytarılıb.

Finss.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən xəbər verir ki, hesabat dövründə yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar vasitəsilə qaytarılmış həcmi 3 milyon 376,0 min manat təşkil edib.

Qeyd edək ki, ƏDV-nin geri qaytarılması mexanizmi daşınmaz əmlak bazarında şəffaflaşmanın və nağdsız ödənişlərin stimullaşdırılmasına xidmət edir.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda daşınmaz əmlak alışı üzrə 3,376 mln. manat ƏDV geri ödənilib — Fins.az — Fins.az