Azərbaycanda bir POS-terminal üzrə ödənişlər 4 dəfə artıb - Ruslan Talıbov

Azərbaycanda bir POS-terminal üzrə ödənişlər 4 dəfə artıb - Ruslan Talıbov

BİZNES
840

Son 4 ildə Azərbaycanda bir POS-terminal üzrə ödənişlər 4 dəfə artaraq təxminən 10 min manata çatıb.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Fintex Assosiasiyasının İdarə Heyətinin sədri Ruslan Talıbov Bakıda keçirilən Fintex Sammitində deyib.

R.Talıbovun sözlərinə görə, son 5 ildə nağdsız ödənişlərin həcmi 10 dəfəyə yaxın artıb.

O, bildirib ki, Azərbaycanda ötən dövr daha çox lisenziyalaşma və qanunvericiliyin təkmilləşdirilməsi, ödəniş sistemləri haqqında qanunun qəbulu, eləcə də müxtəlif prosedur və qaydaların qəbulu ilə xarakterik olub:

“Ötən dövrü sektor oyunçuları özlərinin nizamnamə kapitalı və qanunvericiliyin digər tələblərini həyata keçirməyə sərf ediblər”.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda bir POS-terminal üzrə ödənişlər 4 dəfə artıb - Ruslan Talıbov — Fins.az — Fins.az