
Azərbaycanda beton konstruksiyaların istehsalı artıb
2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda 14,8 min kubmetr betondan yığma tikinti konstruksiyaları istehsal edilib.
Fins.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,1 min kubmetr və ya 38,3% artım deməkdir.
Məlumata əsasən, istehsal dinamikasında qeydə alınan artım tikinti sektorunda aktivliyin yüksəldiyini göstərir.
Ümumilikdə, 2026-cı ilin yanvar-mart aylarında tikinti materiallarının istehsalı sahəsində ümumi istehsalın dəyəri 309,4 milyon manat təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4% artım deməkdir.