
Azərbaycanda beş ayda 200 min tondan çox karbamid istehsal olunub
Fins.az - Azərbaycanda 2026-cı ilin yanvar–may aylarında 200,1 min ton karbamid istehsal edilib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 faiz azdır.
İyunun 1-nə olan məlumata görə, hazır məhsul ehtiyatlarının həcmi 82,1 min ton təşkil edib.
Karbamid istehsalı SOCARa məxsus SOCAR Karbamid Zavodunda həyata keçirilir. 2019-cu ildə istifadəyə verilən müəssisənin illik istehsal gücü 650–660 min ton karbamid təşkil edir.
Zavodun istehsal etdiyi məhsulun təxminən 70 faizi ixraca yönəldilir.