
Azərbaycanda bərpa olunan enerji gücü son 10 ildə 54% artıb
2016–2025-ci illər ərzində Azərbaycanda bərpa olunan enerji mənbələrinin (BƏM) ümumi quraşdırılmış gücü 1 184 MVt-dan 1 826 MVt-a yüksəlib və bu, 54% artım deməkdir.
Fins.az Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) məlumatına əsasən xəbər verir ki, ən böyük artım 2023 və 2024-cü illərdə baş verib: 2023-cü ildə güc 363 MVt (+27%), 2024-cü ildə isə 104 MVt (+6%) artıb. Bu dövrdə inkişaf əsasən günəş və külək enerjisi, eləcə də kiçik hidroenergetikanın genişləndirilməsi hesabına təmin olunub.
Azərbaycanda BƏM-lərin illik artımı belə olub:
İl | Güc (MVt) | İllik artım (%) |
|---|---|---|
2016 | 1 184 | — |
2017 | 1 194 | 0,8% |
2018 | 1 277 | 7,0% |
2019 | 1 289 | 0,9% |
2020 | 1 296 | 0,5% |
2021 | 1 316 | 1,5% |
2022 | 1 325 | 0,7% |
2023 | 1 688 | 27,4% |
2024 | 1 792 | 6,2% |
2025 | 1 826 | 1,9% |
Dünya üzrə isə BƏM-lərin quraşdırılmış gücü 2016-cı ildə 2,02 milyon MVt-dan 2025-ci ildə 5,15 milyon MVt-a yüksəlib. Xüsusilə 2023-cü ildə (+14,7%) və 2024-cü ildə (+15%) artım sürətlənib ki, bu da günəş və külək elektrik stansiyaları ilə hidroenergetikaya yatırılan böyük investisiyaların nəticəsidir.
İl | Güc (MVt) | İllik artım (%) |
|---|---|---|
2016 | 2 020 792 | — |
2017 | 2 186 943 | 8,2% |
2018 | 2 357 537 | 7,8% |
2019 | 2 541 486 | 7,8% |
2020 | 2 810 899 | 10,6% |
2021 | 3 077 120 | 9,5% |
2022 | 3 379 389 | 9,8% |
2023 | 3 872 829 | 14,7% |
2024 | 4 457 340 | 15,1% |
2025 | 5 149 280 | 15,5% |
Beləliklə, həm Azərbaycanda, həm də qlobal səviyyədə bərpa olunan enerji mənbələrinə investisiyalar və dövlət təşəbbüsləri bu sahənin sürətli inkişafını təmin edir.