Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaların dəyəri artıb

Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaların dəyəri artıb

BİZNES
188

Fins.az - 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda avtomobil nəqliyyatı vasitələri ilə 942,8 min ton yük daşınıb. Daşınan yüklərin ümumi dəyəri 2,061 milyard ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə avtomobil nəqliyyatı ilə ixrac 418,7 milyon dollar dəyərində 381,4 min ton yük olub. Dəyər ifadəsində ötən ilin eyni dövrü ilə müqayisədə 26,6% artım, həcm ifadəsində isə 1,7% azalma qeydə alınıb.

Eyni dövrdə avtomobil nəqliyyatı ilə idxal 1,642 milyard dollar dəyərində 561,3 min ton yük təşkil edib. Dəyər ifadəsində 2,4% artım, həcm ifadəsində isə 1,1% azalma müşahidə olunub.

Yanvar-fevral 2026-cı ildə Azərbaycanda bütün daşınma vasitələri üzrə ümumi yük daşınması 6,264 milyard dollar dəyərində 9,062 milyon ton olub. Dəyər baxımından əvvəlki ilin eyni dövrü ilə müqayisədə 29,7% azalma, həcm baxımından isə 14,5% azalma qeydə alınıb.

Ümumilikdə yüklərin daşınma vasitələri üzrə ixrac 3,665 milyard dollar dəyərində 7,559 milyon ton, idxal isə 2,599 milyard dollar dəyərində 1,503 milyon ton təşkil edib. İxracın dəyəri illik müqayisədə 23,1% azalıb, həcm isə 12,9% azalıb. İdxalın dəyəri 1,6 dəfə artıb, həcm isə 21,7% azalıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaların dəyəri artıb — Fins.az — Fins.az