Azərbaycanda ağ neft ehtiyatı 26,3 min ton olub

Azərbaycanda ağ neft ehtiyatı 26,3 min ton olub

BİZNES
595

2026-cı ilin yanvar–aprel aylarında Azərbaycanda 164,2 min ton ağ neft istehsal edilib.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 31,8 min ton və ya 16,2 faiz azalma deməkdir.

Cari ilin mayın 1-nə olan vəziyyətə görə, ölkədə hazır ağ neft ehtiyatı 26,3 min ton təşkil edib.

Qeyd olunub ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 607,0 milyon manat olub və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz azalma deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda ağ neft ehtiyatı 26,3 min ton olub — Fins.az — Fins.az