Azərbaycanda 62,2 min ton maye qaz istehsal edilib

Azərbaycanda 62,2 min ton maye qaz istehsal edilib

BİZNES
351

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda 62,2 min ton maye qaz istehsal edilib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9,7 min ton və ya 13,5 faiz azalma deməkdir.

Məlumata əsasən, cari ilin mayın 1-nə ölkədə hazır maye qaz ehtiyatı 2,5 min ton təşkil edib.

Eyni zamanda, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində ümumi istehsalın dəyəri 1 milyard 950,3 milyon manat olub. Bu göstərici əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 0,3 faiz artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda 62,2 min ton maye qaz istehsal edilib — Fins.az — Fins.az