Azərbaycanda 24,8 min ton neft bitumu istehsal olunub

Azərbaycanda 24,8 min ton neft bitumu istehsal olunub

BİZNES
205

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda 24,8 min ton neft bitumu istehsal olunub.

Fins.az Dövlət Statistika Komitəsi-yə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,7 min ton və ya 15,9% azdır. Ötən ilin yanvar-fevral aylarında ölkədə 29,5 min ton neft bitumu istehsal edilmişdi.

Qeyd olunur ki, cari ilin yanvar–fevral aylarında Azərbaycanda xam neft (qaz kondensatı daxil olmaqla) hasilatı 4,343 milyon ton təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 136 min ton və ya 3,03% azdır. Hesabat dövründə xam neft hasilatının 4,332 milyon tonu əmtəəlik xam neftin payına düşüb ki, bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə 3% azlıq deməkdir.

Ümumilikdə, hasilat sənayesində istehsalın ümumi həcmi 5,2 milyard manat olub və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3% artımı göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda 24,8 min ton neft bitumu istehsal olunub — Fins.az — Fins.az