
Azərbaycanda 11 şəhərin baş planı təsdiqlənəcək - Anar Quliyev
Azərbaycanda şəhərsalma planlaması çərçivəsində daha 11 şəhərin baş planı təsdiq ediləcək.
Fins.az xəbər verir ki, bu barədə Anar Quliyev Bakıda “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Sədr qeyd edib ki, ölkənin 79 şəhərindən artıq 68-nin yeni baş planı təsdiqlənib və hazırda qalan 11 şəhər üzrə baş planların yenilənməsi istiqamətində işlər davam etdirilir.
Onun sözlərinə görə, yenilənmiş baş planlar şəhərlərin inkişafını daha proqnozlaşdırıla bilən edir və eyni zamanda investisiya cəlbediciliyini artırır.