
Azərbaycanda 10 milyon dollar kapitala malik yeni şirkət yaradılıb
Fins.az - Azərbaycanda “Rynex Solutions” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınıb. Şirkət Dövlət Vergi Xidməti tərəfindən qeydiyyatdan keçirilib.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 16A, mənzil 27 olaraq göstərilib. Nizamnamə kapitalı 10 milyon ABŞ dolları təşkil edir.
Şirkətin qanuni təmsilçisi Fəxri Fərda oğlu Sadıqov təyin olunub.