Azərbaycanda 1 mln. avro dəyərində yol təhlükəsizliyi layihəsi həyata keçiriləcək

Azərbaycanda 1 mln. avro dəyərində yol təhlükəsizliyi layihəsi həyata keçiriləcək

BİZNES
1,095

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Polşa və Litvanın tərəfdaşlığı ilə "Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi" layihəsini həyata keçirəcək.

Fins.Az xəbər verir ki, layihənin dəyəri 1 milyon avrodur.

"İki il ərzində Polşa və Litvadan olan ekspertlərlə birgə müvafiq görüşlərin keçirilməsi, layihələrin hazırlanması nəzərdə tutulur. Layihə 3 komponent üzrə keçirilir - qanunvericiliyin təkmilləşdirilməsi, ikinci effektiv yol təhlükəsizliyi idarəetmə sisteminin yaradılması, kadr potensialının artırılması. Hər bir komponent üzrə müvafiq sənəd hazırlanacaq", - deyə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Şahin İsmayılov bildirib.

©apa

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda 1 mln. avro dəyərində yol təhlükəsizliyi layihəsi həyata keçiriləcək — Fins.az — Fins.az