Azərbaycana buğda idxalının dəyəri artıb

Azərbaycana buğda idxalının dəyəri artıb

BİZNES
327

Fins.az – 2026-cı ilin ilk 6 ayında Azərbaycana 585 min 62,31 ton buğda idxal olunub. İdxal edilən buğdanın statistik dəyəri 132 milyon 905,18 min ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasına əsasən, 2025-ci ilin eyni dövründə ölkəyə 602 min 255,06 ton buğda idxal edilib və bunun üçün 130 milyon 661,2 min ABŞ dolları xərclənib.

Beləliklə, 2026-cı ilin ilk yarısında buğda idxalının fiziki həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 17 min 192,75 ton və ya 2,9% azalıb. Buna baxmayaraq, idxalın statistik dəyəri 2 milyon 243,98 min ABŞ dolları və ya 1,7% artıb.

Hesabat dövründə bir ton buğdaya düşən orta statistik idxal dəyəri 217 ABŞ dollarından 227 ABŞ dollarına yüksəlib. Nəticədə orta idxal dəyərində artım 4,7% təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycana buğda idxalının dəyəri artıb — Fins.az — Fins.az