Azərbaycan yanvar-fevral aylarında bu ölkə ilə  ticarət dövriyyəsini 1,9% artırıb

Azərbaycan yanvar-fevral aylarında bu ölkə ilə ticarət dövriyyəsini 1,9% artırıb

BİZNES
601

2020-ci ilin yanvar-fevral aylarının yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $347,123 milyon təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,9% çoxdur. Bu barədə  Dövlət Gömrük Komitəsindən məlumat verilib.

2020-ci ilin yanvar-fevral aylarında Azəbaycanın bütün xarici ticarət dövriyyəsinin 6,89%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.

"Hesabat dövründə Rusiyaya $91,525 milyon dəyərində (artım 3,14%) Azərbaycan məhsulları ixrac olunub. Bütövlükdə, Azərbaycandan ixracın 2,82%-i Rusiyaya tədarükün payına düşüb”, - deyə məlumatda qeyd olunur.

Yanvar-fevral aylarında Rusiyadan Azərbaycana $255,597 milyon dəyərində (artım 1,51%) məhsul idxal olunub. Azərbaycana idxalın ümumi həcmində 14,3% Rusiyadan tədarükün payına düşüb.

Beləliklə, cari ilin yanvar-fevral aylarında RF ilə ixrac-idxal münasibətlərində Azərbaycanın mənfi saldosu $164,072 milyon təşkil edib.

2019-cu ilin yekunları üzrə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi $3 milyard 22 milyon 46 min təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 18,5% çoxdur

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan yanvar-fevral aylarında bu ölkə ilə ticarət dövriyyəsini 1,9% artırıb — Fins.az — Fins.az