Azərbaycan və “PowerChina” bərpa olunan enerji üzrə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan və “PowerChina” bərpa olunan enerji üzrə əməkdaşlıq imkanlarını müzakirə edib

BİZNES
600

Finss.az - İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin “PowerChina Group” şirkətinin prezidenti Vanq Bin ilə görüş keçirib.

Görüş zamanı bildirilib ki, Azərbaycanın enerji sektoruna xarici sərmayələrin cəlb edilməsi, bərpa olunan enerji növlərinin payının artırılması və alternativ enerji mənbələrinin səmərəli istifadəsi ölkənin iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindəndir.

Tərəflər “PowerChina Group” ilə əməkdaşlıq imkanlarını, enerji sektoruna sərmayə qoyuluşu və yaşıl enerji sahəsində birgə layihələrin reallaşdırılması perspektivlərini müzakirə ediblər.

Zemfira Ms
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan və “PowerChina” bərpa olunan enerji üzrə əməkdaşlıq imkanlarını müzakirə edib — Fins.az — Fins.az