Azərbaycan Suriyaya 140,7 milyon dollarlıq təbii qaz ixrac edib

Azərbaycan Suriyaya 140,7 milyon dollarlıq təbii qaz ixrac edib

BİZNES
87

Fins.az – 2026-cı ilin yanvar-may aylarında Azərbaycan Suriyaya 140,720 milyon ABŞ dolları dəyərində 418,796 milyon kubmetr təbii qaz (qaz halında) ixrac edib.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Ümumilikdə, 2026-cı ilin ilk 5 ayında Azərbaycan 8 ölkəyə ümumi dəyəri 3,343 milyard ABŞ dolları olan 10,381 milyard kubmetr təbii qaz ixrac edib.

Hesabat dövründə Azərbaycanın təbii qaz ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə artıb.

Belə ki, 2025-ci ilin yanvar-may ayları ilə müqayisədə ixrac olunan təbii qazın həcmi 110,2 milyon kubmetr və ya 1,1% yüksəlib.

Lakin qaz ixracından əldə olunan gəlirlər azalıb. Dövr ərzində təbii qaz ixracının dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 489,8 milyon ABŞ dolları və ya 12,8% aşağı düşüb.

Açıqlanan göstəricilər 2026-cı ilin yanvar-may aylarında Azərbaycanın təbii qaz ixracında həcm artımı fonunda ixrac gəlirlərində azalma qeydə alındığını göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Suriyaya 140,7 milyon dollarlıq təbii qaz ixrac edib — Fins.az — Fins.az