Azərbaycan restoranlarının "Michelin ulduzu" əldə etmə imkanları artır - Fərhad Aşurbəyli

Azərbaycan restoranlarının "Michelin ulduzu" əldə etmə imkanları artır - Fərhad Aşurbəyli

BİZNES
378

Azərbaycan restoranlarının “Michelin ulduzu” əldə etmə imkanları kontekstində əsas məqsəd aşpazların beynəlxalq təcrübəyə çıxışının genişləndirilməsi və onların peşəkar inkişafının təmin edilməsidir, eyni zamanda bu sahə hər bir restoran və kulinariya mütəxəssisi üçün xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, Azərbaycan mətbəxinin zəngin tarixi və ənənələrinin qorunması ilə yanaşı, onun beynəlxalq standartlara uyğunlaşdırılması da əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.

Fins.az-ın sərgi iştirakçılarının beynəlxalq əlaqələr qurması və restoranların “Michelin ulduzu” qazanma perspektivləri ilə bağlı sualını Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının icraçı direktoru Fərhad Aşurbəyli 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumuna həsr olunmuş mətbuat konfransında cavablandırarkən səsləndirib.

Onun sözlərinə görə, artıq bir sıra beynəlxalq təşkilatlar Azərbaycanda əməkdaşlığa maraq göstərir və bu, ölkənin kulinariya sektorunun inkişafı üçün yeni imkanlar yaradır.

F.Aşurbəyli əminliklə bildirib ki, yaxın illərdə Azərbaycan restoran və kulinariya sahəsində beynəlxalq arenada daha güclü şəkildə təmsil olunacaq.

"Gənclərin bu sahəyə cəlb olunması əsas prioritet istiqamətlərdən biridir. Onun sözlərinə görə, gənc aşpazlar üçün çempionatlar, ustad dərsləri və seminarlar təşkil olunur, eyni zamanda onlar beynəlxalq yarışlara göndərilərək, xüsusilə İtaliya kimi ölkələrdə praktiki təcrübə qazanmaq imkanı əldə edirlər. Məqsəd onların qlobal kulinariya mühitində real bilik və bacarıqlar əldə etməsidir."

F.Aşurbəyli daha sonra yerli məhsulların kulinariya sahəsində roluna da toxunaraq bildirib ki, yerli məhsulların əlçatanlığı Azərbaycanda kulinariya sektorunun inkişafı üçün mühüm əhəmiyyət daşıyır:

"Qızılbalıq kimi idxal məhsulları əvəzinə yerli balıq növlərindən istifadə həm yerli istehsalın təşviqinə, həm də kulinariya mədəniyyətinin inkişafına töhfə verir. O əlavə edib ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yerli məhsulların daha geniş təqdim olunması gənc aşpazların bu məhsullarla tanışlıq imkanlarını artırır və bu da onların peşəkar inkişafına və yaradıcılıq potensialının genişlənməsinə şərait yaradır."

Qeyd edək ki, “Michelin ulduzu” sistemi restoranların kulinariya keyfiyyətini qiymətləndirən beynəlxalq reytinq sistemi kimi qəbul olunur və qiymətləndirmə anonim inspektorlar tərəfindən aparılır. Əsas meyar yeməyin keyfiyyətidir, xidmət, interyer və populyarlıq isə həlledici göstəricilər sayılmır. Sistem çərçivəsində restoranlara bir, iki və üç ulduz verilir. 1926-cı ildən tətbiq olunan “Michelin” reytinq sistemi 1931-ci ildə təkmilləşdirilərək iyerarxik formaya salınıb, 1936-cı ildə isə qiymətləndirmə meyarları rəsmi şəkildə müəyyənləşdirilib. Mövcud qaydalara əsasən, bir ulduz yüksək keyfiyyətli mətbəxə malik restoranı, iki ulduz səfər etməyə dəyər restoranı, üç ulduz isə yalnız xüsusi səfərə layiq yüksək səviyyəli kulinariya məkanını ifadə edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan restoranlarının "Michelin ulduzu" əldə etmə imkanları artır - Fərhad Aşurbəyli — Fins.az — Fins.az