Azərbaycan QDİƏT nəqliyyat sahəsində icazə sənədi sisteminə qoşulmağa dəvət edilib

Azərbaycan QDİƏT nəqliyyat sahəsində icazə sənədi sisteminə qoşulmağa dəvət edilib

BİZNES
166

Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) nəqliyyat sahəsində icazə sənədi sisteminə qoşulmağa dəvət edilib.

Fins.az xəbər verir ki, bunu QQDİƏT-in Baş Prezidenti Lazar Komanesku QDİƏT URTA Baş Assambleyasının Bakıda keçirilən 42-ci iclası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

L.Komanesku qeyd edib ki, bu, Qara Dəniz bölgəsində nəqliyyatın sadələşdirilməsi üçün xüsusi təşəbbüsdür:

“9 ölkə bu sistemə qoşulub. Biz ölkələrin sayının artırılmasının üzərində işləyirik. Ümid edirik ki, yaxın zamanlarda Azərbaycan da buna qoşular".

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan QDİƏT nəqliyyat sahəsində icazə sənədi sisteminə qoşulmağa dəvət edilib — Fins.az — Fins.az