
Azərbaycan qaz ixracında həcm artıb
Fins.az - 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan 4,381 milyard kubmetr təbii qazı 1,285 milyard ABŞ dolları dəyərində ixrac edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə qaz ixracının həcmində 4,6% artım olub, lakin dəyəri 17,1% azalıb.
Eyni dövrdə ölkənin ümumi xarici ticarət həcmi 6,264 milyard dollar təşkil edib ki, bu da 29,6% azalma deməkdir.
Xarici ticarətdə 3,665 milyard dollar ixrac, 2,599 milyard dollar isə idxal olub. Nəticədə müsbət saldo 933,6 milyon dollar təşkil edib, bu da ötən ilin göstəricisindən 5,3% azdır.