
Azərbaycan qara metal ixracını artırıb, idxal azalıb
2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan 24,9 milyon ABŞ dolları dəyərində 20,3 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.
Fins.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, hesabat dövründə alüminium və ondan hazırlanan məmulatların ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4 milyon ABŞ dolları və ya 19,1%, həcm baxımından isə 1 822 ton və ya 10% artıb.
Qara metalların ixracının ümumi ixracda xüsusi çəkisi 0,46%, qeyri-neft sektoru üzrə isə 2,89% təşkil edib.
Eyni zamanda, 2026-cı ilin ilk üç ayında Azərbaycana 271,6 milyon ABŞ dolları dəyərində 248,1 min ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal olunub.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,7%, həcm baxımından isə 11,2% azalma deməkdir.
Hesabat dövründə qara metalların ümumi idxalda xüsusi çəkisi 6,78% olub. Bu dinamika ölkədə metallurgiya məhsulları üzrə idxalın azaldığını, lakin ixracın davam etdiyini göstərir.