Azərbaycan nefti BTC nəqlində əsas payı qoruyub

Azərbaycan nefti BTC nəqlində əsas payı qoruyub

BİZNES
305

Bu ilin yanvar-mart aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə ümumilikdə 6,206 milyon ton tranzit neft nəql edilib.

Fins.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 674,8 min ton və ya 9,8% azdır. Ötən ilin eyni dövründə BTC ilə 6,881 milyon ton neft daşınmışdı.

Dövr ərzində kəmər vasitəsilə nəql edilən neftin 82,3%-i və ya 5 milyon 109,6 min tonu Azərbaycanda hasil edilən neftin payına düşüb. Qalan 17,7% və ya 1 milyon 96,4 min ton isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan nefti BTC nəqlində əsas payı qoruyub — Fins.az — Fins.az