Azərbaycan Mərkəzi Asiya və Avropanı birləşdirən enerji və məlumat körpüsü rolunu gücləndirir - Energetika naziri

Azərbaycan Mərkəzi Asiya və Avropanı birləşdirən enerji və məlumat körpüsü rolunu gücləndirir - Energetika naziri

BİZNES
482

Avropa, Mərkəzi Asiya və Yaxın Şərqin kəsişməsində yerləşən Azərbaycan regional elektrik və “yaşıl enerji” interkonnektorları üçün strateji mərkəzə çevrilməkdədir. Bu rol Orta Dəhliz və Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun inkişafı ilə daha da güclənir.

Fins.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cü iclası çərçivəsində çıxışında deyib.

Nazir vurğulayıb ki, strateji səviyyədə tərəfdaşlarla əməkdaşlıq enerji və məlumat bağlantılarının, eləcə də Xəzər və Qara dəniz regionunda təchizat marşrutlarının şaxələndirilməsinin əhəmiyyətini bir daha təsdiqləyir və Azərbaycanın bu arxitekturadakı əvəzolunmaz rolunu göstərir:

"Xəzər–Qara dəniz–Avropa, Azərbaycan–Türkiyə–Avropa marşrutları (həm Naxçıvandan birbaşa, həm də Ermənistan üzərindən), eləcə də Transxəzər və Şərq–Qərb Yaşıl Enerji Dəhlizləri vasitəsilə Azərbaycan və Mərkəzi Asiyanın bərpa olunan enerji potensialı vahid sistemə inteqrasiya olunur. Fiber-optik komponentlərlə birlikdə bu layihələr Avropa ilə uzunmüddətli, şaxələndirilmiş elektrik və məlumat körpüsünü formalaşdıracaq."

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Mərkəzi Asiya və Avropanı birləşdirən enerji və məlumat körpüsü rolunu gücləndirir - Energetika naziri — Fins.az — Fins.az