Azərbaycan kənd təsərrüfatının ümumi məhsulu 12,53 milyard manat olub

Azərbaycan kənd təsərrüfatının ümumi məhsulu 12,53 milyard manat olub

BİZNES
276

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 12 529,4 milyon manat təşkil edib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, kənd təsərrüfatının ümumi məhsulunun 6 079,9 milyon manatı heyvandarlıq, 6 449,5 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,0 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 0,4 faiz, bitkiçilik məhsulları üzrə isə 1,5 faiz artıb.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan kənd təsərrüfatının ümumi məhsulu 12,53 milyard manat olub — Fins.az — Fins.az