Azərbaycan İrandan 95,584 milyon kubmetr təbii qaz idxal edib

Azərbaycan İrandan 95,584 milyon kubmetr təbii qaz idxal edib

BİZNES
414

2026-cı ilin yanvar–fevral aylarında İrandan Azərbaycana 6,433 milyon ABŞ dolları dəyərində ümumilikdə 95,584 milyon kubmetr həcmində təbii qaz idxal olunub.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövründə İrandan təbii qaz idxalı ilə bağlı rəsmi göstəricilər açıqlanmayıb.

Məlumata əsasən, cari ilin yanvar–fevral aylarında Azərbaycan təbii qazı yalnız bir ölkədən — İrandan idxal edib.

Eyni dövrdə Azərbaycandan 8 ölkəyə 1,285 milyard ABŞ dolları dəyərində 4,381 milyard kubmetr təbii qaz ixrac olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 265 milyon ABŞ dolları və ya 17,1% azalma, fiziki həcm baxımından isə 193,7 milyon kubmetr və ya 4,6% artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan İrandan 95,584 milyon kubmetr təbii qaz idxal edib — Fins.az — Fins.az