Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi artıb

Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi artıb

BİZNES
188

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan ilə İran İslam Respublikası arasında ticarət əməliyyatlarının həcmi 117,6 milyon ABŞ dolları təşkil edib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13,3 milyon ABŞ dolları və ya 12,8% çoxdur.

Hesabat dövründə İran ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,88%-ni təşkil edib və İran Azərbaycan üçün ən çox ticarət aparılan ölkələr sırasında 9-cu pillədə qərarlaşıb.

Yanvar-fevral 2026-cı ildə Azərbaycandan İrana 2,4 milyon dollar dəyərində məhsul ixrac olunub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52 min dollar və ya 2,1% azalma deməkdir.

Eyni zamanda, İrandan Azərbaycana 115,3 milyon dollar dəyərində məhsul idxal edilib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13,4 milyon dollar və ya 13,1% artım deməkdir. Hesabat dövründə İran Azərbaycana ən çox məhsul idxal edilən ölkələr arasında 4-cü pillədədir.

Qeyd edək ki, yanvar-fevral 2026-cı ildə Azərbaycan xarici ölkələrlə ümumilikdə 6,264 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı həyata keçirib. Bunun 3,665 milyard dolları ixracın, 2,599 milyard dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 1,101 milyard dollar və ya 23,1%, idxal isə 1,539 milyard dollar və ya 1,6 dəfə azalıb.

Beləliklə, hesabat dövründə xarici ticarətdə 1,066 milyard dollar müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 438 milyon dollar və ya 1,7 dəfə çoxdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi artıb — Fins.az — Fins.az