Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu artıb

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu artıb

BİZNES
129

2026-cı ilin yanvar–aprel aylarında xarici maliyyə mənbələrindən əsas kapitala 1 milyard 516 milyon manat məbləğində investisiya yatırılıb.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz artım deməkdir.

Xarici mənbələrdən əsas kapitala yönəldilən investisiyaların 1 milyard 276 milyon manatı neft-qaz sektorunun, 240 milyon manatı isə qeyri-neft-qaz sektorunun payına düşüb.

2025-ci ilin yanvar–aprel ayları ilə müqayisədə neft-qaz sektoruna yönəldilən xarici investisiyalar 43,9 faiz artıb, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalarda isə 41,5 faiz azalma qeydə alınıb.

Qeyd edilib ki, 2026-cı ilin yanvar–aprel aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 milyard 275 milyon manat investisiya yönəldilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artım deməkdir.

Sektorlar üzrə bölgüyə əsasən, sərmayənin 3 milyard 138,2 milyon manatı və ya 59,5 faizi məhsul istehsalı sahələrinə, 1 milyard 420,4 milyon manatı (26,9 faizi) xidmət sahələrinə, 716,4 milyon manatı (13,6 faizi) isə yaşayış evlərinin tikintisinə yönəldilib.

Ümumi investisiyaların 34,5 faizi dövlət, 65,5 faizi isə qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub.

Daxili mənbələrdən əsas kapitala yönəldilən investisiyalar ümumi sərmayənin 71,3 faizini təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu artıb — Fins.az — Fins.az