Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu artıb

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu artıb

BİZNES
207

Fins.az - 2026-cı ilin yanvar-fevral aylarında xarici maliyyə mənbələrindən Azərbaycanın əsas kapitalına 654,8 milyon manat investisiya yönəldilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,1% artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, xarici investisiyaların 598,8 milyon manatı neft-qaz sektoruna, 56 milyon manatı isə qeyri-neft-qaz sektoruna yönəldilib.

2025-ci ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektoruna yatırılan xarici sərmayə 54,4% artdığı halda, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar 73% azalıb.

Ümumilikdə, 2026-cı ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 milyard 436,4 milyon manat investisiya yönəldilib ki, bu da illik müqayisədə 19,4% çoxdur.

Bu sərmayənin 1,434 milyard manatı və ya 58,9%-i məhsul istehsalı sahələrinin, 794,7 milyon manatı və ya 32,6%-i xidmət sahələrinin, 207,7 milyon manatı və ya 8,5%-i isə yaşayış evlərinin tikintisinin payına düşüb.

Ümumi investisiyaların 28,9%-i dövlət, 71,1%-i isə qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayənin 53,3%-i tikinti-quraşdırma işlərinə yönəldilib.

Eyni zamanda, daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların həcmi ümumi sərmayənin 73,1%-ni təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu artıb — Fins.az — Fins.az