
"Azərbaycan İnvestisiya Şirkəti" son 2 ildə 12 milyon manat mənfəət əldə edib
İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC son 2 ildə 11,8 milyon manat xalis mənfəət əldə edib.
Fins.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması nəticəsində şirkətin 2021-ci il üzrə investisiya portfeli 12% artıb.