"Azərbaycan İnvestisiya Şirkəti" prioritetlərini açıqlayıb

"Azərbaycan İnvestisiya Şirkəti" prioritetlərini açıqlayıb

BİZNES
397

"Azərbaycanın ərzaq təhlükəsizliyi üçün investisiyaların yatırılması, dairəvi iqtisadiyyatın inkişafı bizim üçün əhəmiyyətlidir".

Fins.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin İdarə Heyətinin sədr müavini Murad Abdullayev Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 24-cü illik toplantısı çərçivəsində keçirilən “Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu” adlı Biznes Forumda bildirib.

"Dünyada iqlim dəyişikliyi və ərzaq təhlükəsizliyi ilə bağlı mənfi təsirlərin azaldılması mühüm əhəmiyyət kəsb edir. Biz hökumətin müvafiq qolu kimi bu sektorlara yönəlmişik. Beləliklə, ərzağa tələbatının ödənilməsi istiqamətində investisiyaların yatırılması, dairəvi iqtisadiyyatın inkişafı bizim üçün çox vacibdir. Təkrar emal məsələsi də çox mühümdür", - deyə o, qeyd edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Azərbaycan İnvestisiya Şirkəti" prioritetlərini açıqlayıb — Fins.az — Fins.az