
Azərbaycan iki ayda Türkiyədən geyim idxalına təxminən 9,5 milyon dollar xərcləyib
Fins.az - Azərbaycan 2026-cı ilin yanvar–fevral aylarında Türkiyədən 9,466 milyon dollar dəyərində geyim idxal edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 26,2% çoxdur.
Fevral ayında Türkiyə Azərbaycana 6,286 milyon dollar dəyərində geyim ixrac edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 61,4% artım deməkdir.
İlin ilk iki ayında Türkiyənin ümumi geyim ixracının dəyəri ötən illə müqayisədə 3,5% azalaraq 2,667 milyard dollar təşkil edib. Fevral ayında isə bu göstərici 1,9% azalaraq 1,328 milyard dollar olub.
Türkiyədən ən çox geyim idxal edən ölkələr Almaniya (423 milyon dollar, 12,2% azalma), Niderland (284 milyon dollar, 5,5% azalma) və İspaniya (257 milyon dollar, 5,8% artım) olub.