Azərbaycan fermerləri üçün birgə fəaliyyət və torpaq inteqrasiyası vacibdir – Məcnun Məmmədov

Azərbaycan fermerləri üçün birgə fəaliyyət və torpaq inteqrasiyası vacibdir – Məcnun Məmmədov

BİZNES
359

Azərbaycanda kənd təsərrüfatında məhsuldarlığı artırmaq və resurslardan səmərəli istifadə etmək üçün torpaqların birləşdirilməsi vacib hesab olunur.

Fins.az xəbər verir ki, bu barədə məlumatı kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən ictimai dinləmədə təqdim edib.

Nazir bildirib ki, ölkədə pay torpaqlarının sahəsi çox kiçikdir və bu reallıqdan çıxış edərək kənd təsərrüfatı işlərini planlaşdırmaq lazımdır. Məcnun Məmmədov qeyd edib ki:

  • Fermerlərin birgə fəaliyyətinə dəstək verilməli,

  • Torpaqlar müəyyən formada birləşdirilərək məhsul istehsalına nail olunmalıdır.

O əlavə edib ki, Azərbaycanın iqtisadi inkişafı ilə kənd təsərrüfatında məşğul əhali sayı azala bilər və burada süni intellekt məşğulluğa deyil, məhsuldarlığın artırılmasına və boşluqların aradan qaldırılmasına təsir göstərəcək.

Nazir vurğulayıb ki, torpaqların birləşdirilməsi və rəqəmsal texnologiyaların tətbiqi fermerlərin məhsuldarlığını yüksəldəcək, resurs istifadəsini optimallaşdıracaq və kənd təsərrüfatının dayanıqlığını təmin edəcək.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan fermerləri üçün birgə fəaliyyət və torpaq inteqrasiyası vacibdir – Məcnun Məmmədov — Fins.az — Fins.az