Azərbaycan farmasevtika ixracından gəlirlərini təxminən 20% artırıb

Azərbaycan farmasevtika ixracından gəlirlərini təxminən 20% artırıb

BİZNES
349

Fins.az - 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan farmasevtika məhsullarının idxalına 88 milyon ABŞ dolları xərcləyib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% azalma deməkdir.

Hesabat dövründə ölkə farmasevtika məhsullarını 0,6 milyon ABŞ dolları dəyərində ixrac edib. Bu göstərici illik müqayisədə 19,6% artım deməkdir.

Farmasevtika məhsullarının idxalı ümumi idxal xərclərinin 3,4%-ni, ixracdan əldə olunan gəlirlər isə ümumi ixrac gəlirlərinin 0,02%-ni təşkil edib.

Qeyd edək ki, yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 6 milyard 264 milyon ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29,65% azdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan farmasevtika ixracından gəlirlərini təxminən 20% artırıb — Fins.az — Fins.az