Azərbaycan ətriyyat və kosmetik vasitələrin ixracını artırıb

Azərbaycan ətriyyat və kosmetik vasitələrin ixracını artırıb

BİZNES
260

Bu ilin yanvar-fevral aylarında Azərbaycan efir yağları və rezinoidlər, ətriyyat, kosmetik və tualet vasitələrinin ixracını artırıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, cari ilin ilk iki ayında Azərbaycan 1 557.28 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Ötən iin müvafiq dövründə isə bu göstərici 1 369.92 min ABŞ dolları olub.

Qeyd edilən müddətdə Azərbaycan efir yağları və rezinoidlər, ətriyyat, kosmetik və tualet vasitələrinin idxalını da artırıb. Keçən ilin yanvar-fevral aylarında Azərbaycan 33 538.42 min ABŞ dolları dəyərində məhsul idxal etsə də, bu ilin hesabat dövründə idxal edilən məhsulların dəyəri 35 487.12 min dollara çatıb.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan ətriyyat və kosmetik vasitələrin ixracını artırıb — Fins.az — Fins.az