
Azərbaycan Ermənistandan ilk dəfə idxal həyata keçirib
2026-cı ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə 960 ABŞ dolları dəyərində mal idxal edib.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bununla yanaşı, yanvar–mart aylarında Azərbaycandan Ermənistana 5,757 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub. Bu göstərici ölkənin ümumi ixracının 0,11 faizini təşkil edib.