
Azərbaycan Ermənistana 974 ton dizel yanacağı ixrac edib
Azərbaycandan Ermənistana dizel yanacağının tədarükü həyata keçirilib. Yük daşımaları “Azərbaycan Dəmir Yolları” QSC vasitəsilə təşkil olunub.
Fins.az xəbər verir ki, ümumilikdə 974 ton dizel yanacağı yüklənmiş 16 vaqondan ibarət qatar Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.
Məlumata əsasən, yük qatarı Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.