Azərbaycan ərazisindən tranzitlə Ermənistana taxıl və gübrə göndəriləcək

Azərbaycan ərazisindən tranzitlə Ermənistana taxıl və gübrə göndəriləcək

BİZNES
364

Fins.az - Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl və gübrə daşınması həyata keçiriləcək.

Yük “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola salınacaq.

Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birgə bəyanatında Azərbaycanın Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan qaldırdığını bildirib. Bu qərardan sonra regionda ilk tranzit daşımalar Qazaxıstan taxılının Ermənistana çatdırılması ilə başlanıb.

Daha sonra müxtəlif tarixlərdə Azərbaycan ərazisindən keçməklə Ermənistana yanacaq, taxıl və gübrə daşımaları həyata keçirilib. Bu daşımalar çərçivəsində SOCAR tərəfindən yanacaq məhsulları, həmçinin Rusiya mənşəli taxıl və gübrə yükləri də daşınıb.

Son tranzit əməliyyatı da həmin prosesin davamı kimi qiymətləndirilir və regionda nəqliyyat-logistika əlaqələrinin bərpası baxımından əhəmiyyətli addım hesab olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan ərazisindən tranzitlə Ermənistana taxıl və gübrə göndəriləcək — Fins.az — Fins.az