
Azərbaycan əhalisinin gəlirlərinin nə qədər artdığı AÇIQLANIB
Yanvar-fevral aylarında Azərbaycan ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 8,9 faiz artaraq 8.301,5 mln. manat təşkil edib.
Fins.az xəbər verir ki, Dövlət Statistika Komitəsi məlumat yayımlayıb
Məlumatda bildilir ki, əhalinin hər nəfərinə orta hesabla 834 manatlıq gəlir düşüb. Bu da illik müqayisədə 8 faiz çoxdur.