
Azərbaycan-Çin ticarəti artıb
Fins.az - 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan ilə Çin arasında ticarət əməliyyatlarının həcmi 779,4 milyon ABŞ dolları olub.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% artıb.
Eyni dövrdə Azərbaycanın Çinlə ixracı 21,6 milyon dollar təşkil edib, bu göstərici təxminən iki dəfə artıb. İdxal isə 757,8 milyon dollar olub və Çin Azərbaycanın idxalında birinci yerdədir.
Çin Azərbaycan xarici ticarətinin 12,44%-ni təşkil edərək üçüncü yeri tutur.
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanın ümumi xarici ticarət əməliyyatları 6,264 milyard dollar olub ki, bu da ötən ilin göstəricisindən 29,6% azdır.
Xarici ticarət müsbət saldo ilə 1,066 milyard dollar təşkil edib və bu, ötən ilin göstəricisindən 1,7 dəfə çoxdur.