Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi artıb

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi artıb

BİZNES
212

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan ilə Çin arasında ticarət əməliyyatlarının həcmi 779,4 milyon ABŞ dolları təşkil edib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 34 milyon ABŞ dolları və ya 4,6% artım deməkdir.

Hesabat dövründə Çin ilə ticarət Azərbaycanın ümumi ticarət dövriyyəsinin 12,44%-ni təşkil edib və Çin Azərbaycan üçün ən çox ticarət aparılan ölkələr sırasında 3-cü pillədədir.

Yanvar-fevral 2026-cı ildə Azərbaycandan Çinə 21,6 milyon dollar dəyərində məhsul ixrac olunub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 milyon dollar və ya təqribən 2 dəfə çoxdur.

Eyni zamanda, Çindən Azərbaycana 757,8 milyon dollar dəyərində məhsul idxal edilib ki, bu da 2025-ci ilin yanvar-fevral göstəricisindən 23,3 milyon dollar və ya 3,2% yüksəkdir. Hesabat dövründə Çin Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında birinci yerdə qərarlaşıb.

Qeyd edək ki, yanvar-fevral 2026-cı ildə Azərbaycan xarici ölkələrlə ümumilikdə 6,264 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı həyata keçirib. Bunun 3,665 milyard dolları ixracın, 2,599 milyard dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 1,101 milyard dollar və ya 23,1%, idxal isə 1,539 milyard dollar və ya 1,6 dəfə azalıb.

Beləliklə, xarici ticarətdə 1,066 milyard dollar müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 438 milyon dollar və ya 1,7 dəfə çoxdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi artıb — Fins.az — Fins.az